Tarix: 21 İyun 2024 13:00 | Baxış sayı: 913
Bir çox ölkələrdə Azərbaycan diasporu yox dərəcəsindədir   - Politoloq

Bir çox ölkələrdə Azərbaycan diasporu yox dərəcəsindədir - Politoloq

“Diaspora nümayəndələrinin yaşadıqları ölkələrdə ictimai-siyasi fəaliyyətinin təmin olunması, onların həmin ölkələrdə ictimai-siyasi proseslərə qoşulmasının birinci şərti hansı ölkələrdə yaşaması və bundan əlavə statuslarının hara qədər olmasıdır. İnsanlar daimi yaşayış hüququna malikdirlərsə, onlar bələdiyyələr səviyyəsində iştirak edə bilərlər. Amma vətəndaşlığı yoxdursa, ölkə səviyyəsində ictimai-siyasi proseslərə qoşulmaq bir çox dövlətlərdə qeyri-mümkündür”.

Bu sözləri Diaspora.TV-yə Amerikada yaşayan azərbaycanlı politoloq Ərəstun Oruclu Azərbaycan dövlətinin lobbi fəaliyyəti ilə məşğul olan diaspor nümayəndələrinin yaşadıqları ölkələrdə ictimai-siyasi proseslərdə iştirakına necə kömək edə bilməsinin şərtlərindən danışarkən deyib.

Politoloq ikinci şərt olaraq namizədlərin düzgün seçilməsini önə çəkib:

“Yaşadıqları ölkənin dilini, ictimai-siyasi proseslərini bilmək, əldə etdiyi uğurlar baxımından həmin proseslərdə yer ala bilmələridir. Üçüncü şərt onların ətrafında ciddi bir diaspor fəaliyyəti qurulmalıdır. Təəssüf ki, bir çox ölkələrdə Azərbaycan diasporu yox dərəcəsindədir. Ona görə ki, orada parçalanma, qruplaşma, bir-birinə qarşı kin, nifrət, ən yaxşı halda rəqabət var. Bütün bunları aradan qaldırmaq üçün ayrı-seçkilik həyata keçirmədən ölkənin diaspora qurumu xarici ölkələrdəki diaspora təşkilatları ilə səfərbərlik aparmalı və insanlara qarşı ayrı-seçkiliyə yol verməməlidir”.

Politoloq hesab edir ki, digər bir məqam maddi dəstəkdir:

“Mən ilk növbədə demokratik ölkələrdən danışıram, qeyri-demokratik ölkələrdə şərtlər ayrıdır. Demokratik ölkələrdə ictimai-siyasi proseslərə qoşulmaq üçün maliyyə dəstəyi mütləq lazımdır. Başqa bir şərt bunun uzunmüddətli proses olmasıdır. Məsələn, bir-iki nəfəri irəli çəkməklə, onları hansısa müvəqqəti proseslərə qoşmaqla uğur gətirə bilməz. Ən nəhayət, bu fəaliyyətə qoşulacaq diaspora nümayəndələrinin reputasiyası təmiz, yaşadıqları ölkənin qanunlarına riayət edən, hansısa çirkli işlərdə iştirak etməyən insanlar olmalıdır. Bu halda Azərbaycan diasporu daha yaxşı təşkilatlana və fəaliyyət göstərə bilər”.

Politoloqun fikirincə, əsas şərtlərdən biri də həmin ölkələrdəki diaspora, ilk növbədə vətəndaşlığı olan nümayəndələr siyasi partiyalara üzv olmalıdırlar:

“Həmin cəmiyyətə inteqrasiya olunmaq lazımdır. Mənim gördüyüm mənzərə budur ki, bir çox ölkələrdə azərbaycanlılar nəinki ictimai-siyasi proseslərə, heç mədəni proseslərə belə inteqrasiya oluna bilmirlər. Bu istiqamətdə ciddi proqram olmalıdır”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    30.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 30.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    29.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 29.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    31.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 31.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT   - 28.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 28.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    01.11.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 01.11.2024

“Azərbaycan dili” -    25-ci dərs
Diaspor, Dərs saatı, Video Qalereya

“Azərbaycan dili” - 25-ci dərs