Tarix: 16.11.2024 / 09:10
Bir azərbaycanlı tələbə,  9 erməniyə necə qalib gəldi?

Bir azərbaycanlı tələbə, 9 erməniyə necə qalib gəldi?

Erməni Tələbələr Assosiasiyası Azərbaycan haqqında saxta məlumatlar paylaşmasının qarşısı alınıb.

Diaspora.TV Avropa Azərbaycanlıları Media Qrupuna istinadən xəbər verir ki, Queen's Universitetində baş verib:

"Queen's Universitetinin 2-ci kurs tələbəsi Sultanhüseyn Qasımzadə buna səssiz qalmayıb, məsələni diqqətə çatdıraraq bir dinləmə keçirilməsinin vacibliyini vurğulayıb. (Bu, Queen's Universitetinin tələbə davranış kodeksinin pozulmasıdır və bu halda həmin klub bağlanma təhlükəsi ilə üzləşə bilər) Dinləmədən əvvəl universitetin Dekanı və Ombudsman Ofisinin üzvləri hər iki tərəfi dinləmək üçün öz ofislərinə dəvət ediblər. Erməni Tələbələr Assosiasiyası yenə alçaqcasına davranaraq təkcə Sultanla üzləşməyə 14 üzv göndərib. Lakin yalnız 9 nəfər (icra heyəti) ofisə buraxılıb.

Universitet Ombudsmanının üzvləri Sultanhüseyn tərəfindən təqdim edilən etibarlı mənbələri diqqətlə nəzərdən keçirdikdən sonra Erməni Tələbələr Assosiasiyasına mübahisəli postu silmək üçün 30 gün möhlət verib və izahat yazmalarının zəruri olduğunu bildirib.

22 noyabrda keçiriləcək iclasda da Sultanhüseyn eyni möhtəşəm performansı gözləyirik. 12 ildir fəaliyyət göstərən bu klub, üzvlərinin kimliyindən asılı olmayaraq, belə saxta məlumatlar yaydığı üçün bağlanmalıdır. Bütün Kanada azərbaycanlıları olaraq, sənin yanındayıq, Sultanhüseyn! Sənə olan inamımız sonsuzdur".

Şərhlər

Yaz...