Tarix: 17.10.2024 / 10:36
Rusiyalı aktrisanın Bakını görmək arzusu necə yarandı?

Rusiyalı aktrisanın Bakını görmək arzusu necə yarandı?

“Rossiya-1” telekanalında “Narların rəngi” rus-türk serialının televiziya premyerası keçirilir.

Diaspora.TV xəbər verir ki, aktrisa Marqarita Şabardıqina “Moskva-Bakı”ya müsahibəsində çəkilişlərin Türkiyədə getdiyindən, türk dilini necə öyrəndiyindən və Azərbaycanı görmək istədiyindən danışıb.

- Bir az türkcə öyrənmisinizsə, o zaman Azərbaycanda sizin üçün asan olacaq. Günəşli Bakıya gəlmək istərdinizmi?

- Mənim Azərbaycanda dostum var. Zəng edib oranın necə gözəl olduğunu deyir. Düşünürəm ki, doğrudan da, indi biz Azərbaycanla da tanış ola bilərik. Mənə dedilər ki, Azərbaycan və Türkiyə türkcəsi bir-birinə çox oxşardır, ondan yararlanmaq lazımdır. Ümumiyyətlə, səyahət etməyi çox sevirəm. Bu, ya iş, ya da bəzi film festivalları zamanı olur. Bu yaxınlarda, tətil üçün Kiprə uçdum və oranı da çox bəyəndim.


Şərhlər

Yaz...