Tarix: 17.05.2024 / 18:45
Bəziləri pul üçün diaspor fəaliyyəti ilə məşğul olur...  - İDDİA

Bəziləri pul üçün diaspor fəaliyyəti ilə məşğul olur... - İDDİA

“Bir qayda olaraq Azərbaycan diasporu olduğu ölkələrdə media ilə effektiv iş qura bilmir, yaxud da qurmaq haqqında heç düşünmür də... Ona görə ki, müşahidələrimiz bunu deməyə əsas verir”.

Bunu Diaspora.TV-yə açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət diaspor və medianın ortaq nöqtəsindən danışarkən deyib. Onun sözlərinə görə, diaspor fəallarının yaşadıqları ölkələrdə medai ilə əməkdaşlığı çox vacibdir:

“Mən bu məsələ ilə bağlı dəfələrlə fikirlərimi bildirmişəm. Yəni, diaspor fəallarının olduqları ölkələrdə hansısa tədbirlər keçirilir və orada bir qayda olaraq azərbaycanlılar iştirak edir. Yaxud da ən yaxşı halda türkiyəlilər iştirak edir. Həmin tədbir haqqında informasiyalar AzTV, yaxud da Azərbaycanın başqa media qurumlarında yayımlanır, amma tədbirin keçirildiyi ölkənin medasında bu haqda bir xəbərə belə rast gəlinmir. Hələ onu ayrıca vurğulamaq istərdim ki, diaspor fəaliyyət göstərdiyi ölkənin dilində heç bir məlumata rast gəlmək olmur, olursa da cüzü olur. Yəni bu artıq ondan xəbər verir ki, diaspor və media ortaq fəaliyyəti arzu etdiyimiz effektivlikdə qurula bilmir”.

Bu nədən qaynaqlanır?

A.Həsrət bunun səbəblərinin ortada olduğunu vurğulayıb:

“Sadəcə olaraq diaspor fəallarının bir çoxu oturub gözləyir ki, Azərbaycan dövləti pul ayırsın və bunlar işləsinlər. Bu fəaliyyət içdən gəlmədiyinə görə, olduqları ölkənin mediasına da həvəs göstərmirlər. Yəni bir növ bəziləri pul üçün diaspor fəaliyyəti ilə məşğul olurlar. Belə olanda media ilə iş qurmaq da alınmır. Yəni, media xoşlayır ki, informasiya mənbələri ilə davamlı işləsinlər. Adda-budda işləyəndə media adamı unudur”.

A.Həsrət qeyd edib ki, diasporla bağlı bu problem əksər ölkələrdə var:

“Və təəssüflər olsun ki, çağırışlarımız ünvana çatmır. Diasporumuzun üzvlərinin əksəriyyəti medai ilə iş qura bilmir. Ortaq nöqtə budur - diaspor olduğu ölkədə fəaliyyət göstərməklə bərabər fəaliyyətin həmin ölkənin mediasında işıqlandırmasının qayğısına qalmalıdır”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...