Tarix: 20.09.2024 / 10:55
Bəzi türk təriqətləri Azərbaycanı niyə     hədəf alır?

Bəzi türk təriqətləri Azərbaycanı niyə hədəf alır?

"Sabatay Sevi", "Pakradunilər", "Özbəklər evi" və s. təriqət kuklaları olan sözdə akademiklər və həvəskar jurnalistlər deyirlər ki, “44 günlük Qarabağ savaşından sonra 15 minlik erməni terroristlərin nəzarəti altında olan Qarabağa rus sülh qüvvələri deyil, türk sülh qüvvələri girməli idi. Və Azərbaycan bununla Türkiyəyə qarşı yanlış hərəkət edib”.

Diaspopra.TV xəbər verir ki, bu sözləri Türk DEGS Qafqaz üzrə eksperti və Qafqaz Tarixi Mərkəzinin Türkiyə təmsilçisi, Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik Akif Qasımov deyib.

A.Qasımovun fikirlərini olduğu kimi təqdim edirik:

- Ey bunu deyən cahillər! Siz türk düşmənisiniz... Ey xainlər! Qarabağ müharibəsi bitdi, Azərbaycan xalqı və onun prezidenti bu müharibədə qalib gəldi, amma siz hələ də şər-böhtan atırsınız... Sizcə, Türkə qarşı nifrət edən 15 minlik erməni terroristlərin və 60 min yaxın mülki ermənilərin Türkiyə sülh gücü ilə yaxşı anlaşacaqmı? Şüurlu şəkildə xain düşüncələriniz Azərbaycan hakimiyyətinə qarşı deyil, məqsədiniz Türk dünyasını böhtanlarla boğmaq, ölkələri bir-birindən şübhə altına almaqdır... Bəzi təriqətlərin göstərişi ilə TDT dövlətlərini parçalamaq istəyirsiniz... Hər məsələdə Azərbaycan... Azərbaycanı radikal şəkildə tənqid edirsiniz, sanki Azərbaycan tək Turandır... Niyə həmişə Azərbaycana qarşı radikal tənqidlər, hörmətsizlik olur, çünki Azərbaycanı Türkiyəyə qarşı küstürmək istəyirlər... Azərbaycanın geosiyasi mövqeyi TDT-nin birləşdirici “Onurğa sümüyü”dür və ona görə də Azərbaycana qarşı həmişə demokratiya adı altında radikal tənqid aparılır... Niyə Türkiyə səlahiyyətləri belə həyasız insanlara qarşı mübarizə aparmır, görəsən bunu demokratiyaya hücum adlandırmaq olarmı?.

Türkiyənin bəzi məzhəb kuklaları, ağıllı olun və TDT vətəndaşlarına və onların prezidentlərinə hörmət etməyi öyrənin! TDT-yə üzv olan ölkələrin hər biri ayrıca DÖVLƏTdir! Türkiyənin heç bir vilayəti və ya mahalı deyil...




Şərhlər

Yaz...