Tarix: 28.10.2024 / 08:53
Bəzi diaspor təşkilatlarının işi ayrılan qrantları xərcləməkdir  -  Siyasi şərhçi

Bəzi diaspor təşkilatlarının işi ayrılan qrantları xərcləməkdir - Siyasi şərhçi

“Diasporanın əsas fəaliyyət istiqamətlərindən biri məhz ölkəni və onun dəyərlərini xaricdə tanıtmaqdan ibarət olmalıdır”.

Bu sözləri Diaspora.TV-yə siyasi şərhçi Həsrət Rüstəmov Azərbaycan brendinin xaricdə tanıdılması işində diasporun rolundan danışarkən deyib. Siyasi şərhçi hesab edir ki, bunun üçün diaspor təşkilatları real iş görməlidir:

“Eyni zamanda, diaspor təşkilatları yaxşı maliyyə qaynaqlarına və təşkilati struktura malik olmalıdır. Bizim xaricdəki diaspor təşkilatlarının əksəriyyəti hələlik zəifdir”.

Həsrət Rüstəmov onu da bildirib ki, həmin təşkilatların güclənməsi üçün uzun zaman lazımdır:

“Bir çox diaspor təşkilatları da var ki, onların əsas işi yalnız ölkənin büdcəsindən ayrılan qrantları xərcləməkdir. Bu cür fəaliyyətlə, əlbəttə ki, tanıtımla bağlı ciddi işlər görmək olmaz”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...