Tarix: 31.10.2024 / 06:25
Diasporumuz pərakəndə və gücləri zəif mənzərə ilə qarşımıza çıxır    - Politoloq

Diasporumuz pərakəndə və gücləri zəif mənzərə ilə qarşımıza çıxır - Politoloq

“İlk növbədə konkret hədəflərin həyata keçirilməsi gerçəkləşməlidir”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında politoloq Nazim Cəfərsoy diaspor sahəsində koordinasiya və vahid idarəetmə məsələlərində keyfiyyətli dəyişikliklərə necə nail olmağın yollarından danışarkən deyib.

Politoloqun fikirincə, beynəlxalq təşkilatlarda uğurlu azərbaycanlıların fəallaşdırılmasına ehtiyac var:

“Yetərli, texniki, bəzən intellektual dəstəklər ortaya qoyulmur. Bizim ən güclü diaspor təşkilatlarımız Türkiyədədir. Azərbaycan diasporası müxtəlif ölkələrdə bir-biri ilə daha çox pərakəndə şəkildə fəaliyyət göstərən, gücləri zəif olan, daxili intriqaların çox olduğu və eyni zamanda keçirilən tədbirlərin ancaq yerli azərbaycanlıların az bir hissəsini əhatə etdiyi mənzərə olaraq qarşımıza çıxır. Orada istifadə etdiyimiz metodlar ölkəyə və zamana görə dəyişə bilər. Burada da bəzən doğru metodlar seçilmir və düzgün vasitələrdən istifadə edilmir. Bəzən doğru ritorikadan istifadə edilmir. Məsələn, Türkiyədə istifadə edilən ritorikanı Amerikada, eləcə də Amerikada da istifadə edilən ritorikdan Misirdə istifadə oluna bilməz”.

Politoloq əlavə edib ki, bu yerli təbəqənin daha yaxşı tanıyan, reallığı bilən, cəmiyyətdə əhəmiyyətli yer tutan, doğru idarəçiləri prosesə cəlb etməklə olur:

“Açığı bunların da yetərsiz olduğunu düşünürəm. Bunlar üçün ciddi strateji mərkəzin fəaliyyət göstərməsinə ehtiyac var. İctimai, intellektual, təcrübəli və müxtəlif ölkələrdən olan koordinasiyalı qurumun olması faydalı olar. Bəzən bu işlərin dövlətin əli ilə də ərsəyə gəlməsi doğru deyil. Çünki bu həmin şəxslərin, təşkilatların təsir imkanlarını azaldır. Dövlətin dəstəyi ilə görülən diaspora fəaliyyətləri xüsusən Qərb ölkələrində birmənalı qarşılanmır. Elə Şərq ölkələrində də birmənalı qarşılanmır.”

Jalə
Diaspora.TV



Şərhlər

Yaz...