Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) AZAL-a məxsus sərnişin təyyarəsinin bu gün Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.
Diaspora.TV xəbər verir ki, bu barədə BQXK-nin Azərbaycan nümayəndəliyinin rəsmi "Facebook" hesabında paylaşım edilib.
Başsağlığı mesajında bildirilir:
"Azərbaycan Hava Yolları şirkətinə məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında faciəvi şəkildə qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk".