Tarix: 02.08.2024 / 17:00
Beynəlxalq Olimpiya Komitəsi Azərbaycandan   üzr istəyib

Beynəlxalq Olimpiya Komitəsi Azərbaycandan üzr istəyib

Beynəlxalq Olimpiya Komitəsi (BOK) “Paris-2024” Yay Olimpiya Oyunlarının açılış mərasiminin şərhi zamanı “France2” telekanalının müxbirinin işlətdiyi ifadələrə görə Azərbaycandan üzr istəyib.

Diaspora.TV Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu cür sözlər Beynəlxalq Olimpiya Komitəsinin İdman və Olimpiya Oyunları vasitəsilə təbliğ etdiyi prinsip və dəyərlərə ziddir. Buna görə də bu məsələyə cavabdeh qurum və şəxslərlə əlaqə saxlanılıb və gələcəkdə belə hallara yol verilməməsi üçün BOK-un iş prinsipi və protokolları xatırladılıb.


“Paris-2024” Yay Olimpiya Oyunlarının yayımçısı olan “France 2” telekanalının ölkəmizə qarşı tutduğu qərəzli mövqeyə və bu hadisədən Beynəlxalq Olimpiya Komitəsinin Azərbaycana üzrxahlıq məktubunu nəzərə alaraq, Fransa hökumətinin də Azərbaycandan rəsmi üzr istəməsini gözləyirik”, - deyə Gənclər və İdman Nazirliyindən bildirilib.

Qeyd edək ki, bu məsələni ilk dəfə Azərbaycan mediasında Diaspora.TV gündəmə gətirmişdi.

Şərhlər

Yaz...