"Vahid Milli Hərəkat" partiyasının liderləri və beynəlxalq müşahidəçilər Marneuliyə səfər edərək Aversi klinikasında partiyanın Marneuli qərargah sədri Azad Kərimovu ziyarət ediblər.
Diaspora.TV Gürcüstan mediasına istinadla xəbər verir ki, partiya lideri Tinatin Bokuçava Azad Kərimova qarşı baş vermiş hücumu pisləyərək sözügedən cinayəti işləmiş şəxslərin ən ağır şəkildə cəzalandırılması üçün adiyyatı qurumun məsələ ilə bağlı araşdırmanı tezləşdirməsini tələb edib.
"VMH" partiyasının lideri Bokuçava jurnalistlərlə söhbəti zamanı, hakim "Gürcü Arzusu" partiyasının seçkilərdə məğlub olduğuna görə bu cür pisliklərə əl atdığının bildirib.