Tarix: 17.07.2024 / 11:37
Berlində yaşayan 9 yaşlı azərbaycanlı şahmatçı   qalib oldu

Berlində yaşayan 9 yaşlı azərbaycanlı şahmatçı qalib oldu

Berlində valideynləri ilə yaşayan 9 yaşlı azərbaycanlı şahmatçı Sona Bəşirova Almaniyanın Kiel şəhərində 12 yaşadək uşaqlar arasında keçirilən açıq turnirin qalibi olub.

Diaspora.TV xəbər verir ki, doqquz yaşlı azərbaycanlı qız Almaniyada şahmat turnirinin qalibi olub.

Turnir hər gedişə 30 saniyəlik, 40 gedişə (+15 əlavə dəqiqə) 45 dəqiqəyə qədər vaxt nəzarəti ilə klassik şahmat üzrə keçirilib.

Yarış iki gün ərzində altı turdan ibarət olub və burada kiçik şahmatçılar hər gün üç oyun keçiriblər.

Turnirdə avqustun sonunda 9 yaşı tamam olacaq Sona Bəşirova özündən böyük iştirakçılara qalib gələ bilib.

Diaspora.TV



Şərhlər

Yaz...