Diaspora.TV-də “Diasporla müsahibə”nin qonağı Amerikanın Vaşinqton ştatının Belluve şəhərində yaşayan Günay Əsgərova olub.
Günay Əsgərova 2009-cu ildən Bellevue şəhərində “Blü Print Texnologiya” şirkətində keyfiyyət analitiki vəzifəsində çalışır.
Günay xanımla yaşadığı şəhərdə Azərbaycan diasporunun fəaliyyəti, Amerika azərbaycanlılarının həmrəyliyə nə dərəcədə maraqlı olmaları, "Həmişəyaşıl ştat"da nə qədər azərbaycanlının yaşaması kimi ümumi məsələlərdən söhbət açmışıq.
Müsahibədə dünyanın hər yerində insanların “Amerika xülaysı”, onlar niyə daha çox okeanın o tayını arzulayır, Amerikaya getmək asandır, yoxsa orda yaşamaq, ABŞ arzusunda olanlar əvvəlcədən nəyi bilməlidirlər kimi suallara da cavablar verilir.