"Azərbaycan televiziya məkanı son zamanlar çox qeyri-professional olub. İlk dəfə deyil başımıza gəlir.
Bir mövzu ilə proqrama dəvət edirlər. Amma sonra başqa mövzuyla qarşı -qarşıya qoyurlar. Təbii ki, canlı yayında bir professional olaraq ortada qalmaq və ya skandal yaratmaq istəmirsən, məcburən sənə aid olmayan mövzuda danışmağa çalışırsan".
Diaspora.TV xəbər verir ki, bu barədə açıqlama ilə Türkiyədə yaşayan soydaşımız, tanınmış siyasi şərhçi Toğrul İsmayıl çıxış edib.
T.İsmayıl bildirib ki, bu qədər də səhlənkarlıq və qeyri-peşəkarlıq olmaz:
"Canlı yayında birdən qalxıb başqa bir şey dilə gətirsən onda necə olacaq? Ay redaktorlar bunu heç düşündünüzmü?
Ya səbirsiz olsaydıq, ya da yayında etirazımızı bildirsəydik. Onda necə olardı".
T.İsmayıl qeyd edib ki, daha əvvəl də başqa bir proqrama dəvət edərkən onu deməyin, bunu deməyin deyə tələblər vardı:
"Mən də etiraz edərək qatılmaqdan vaz keçdim. Belə olmaz axı. Qonorar almırıq, barı hörmətlə yanaşın. Bizim də bir duruşumuz, bir fikriyyatımız var".
Mais Abuşlu
Dəyərli toğrul bəy, məyər bu qadağaların haradan verildiyini bilmirsiniz..? Bu yarıtmaz telekanalları kimin Yaradıb-yönləndirdiyini bilmirsiniz?..
16.06.2024 / 08:57