Tarix: 14.09.2024 / 09:00
Belarusdakı diaspor rəhbəri:   “Biz belaziyalılarıq”

Belarusdakı diaspor rəhbəri: “Biz belaziyalılarıq”

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədəki diasporların təmsilçilərini qəbul edib.

Diaspora.TV rus mediasına istinadla xəbər verir ki, görüş barədə təəssüratlarını bölüşən iştirakçılardan biri, “Azərbaycan İcmaları Konqresi” Beynəlxalq İctimai Birliyinin sədr müavini Oleq Bədəlov bildirib ki, prezident bütün millətlərə qarşı səmimiliyi ilə bizi heyran etdi. 

O, həqiqətən də bu ölkədə yad olmadığını, Belarusiyaya aid olduğunu vurğulayıb.

“Mən həmişə deyirəm: biz belaziyalılarıq -belarus azərbaycanlılarıyıq”,- deyən diaspora təmsilçisi yumorla qeyd edib ki, Belarus dövlətinin və cəmiyyətinin dəstəyi hər şeydə hiss olunur.

“Heç bir məhdudiyyət, qanun pozuntusu yoxdur, biz azərbaycanlı olduğumuza görə heç bir narahatlıq yoxdur və biz belaruslulara münasibətimizlə eynidir”, - deyə Oleq Bədəlov bildirib.

Şərhlər

Yaz...