Tarix: 13.05.2024 / 11:36

BAYRAQLARLA KÜÇƏLƏRƏ ÇIXMAQ METODU DƏYİŞMƏLİDİR


Diaspora.TV-də “Diasporla müsahibə”nin növbəti qonağı İsveçrə Azərbaycanlıları Kooordinasiya Şurasının əlaqələndiricisi, Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin rəhbəri Qasım Nəsirov olub.

Q.Nəsirov müsahibədə Koordinasiya Şurasının fəaliyyətindən bəhs edib. Bildirib ki, Şura İsveçrədəki soydaşlarımız arasında əlaqələri hələ də tam qura bilməyib.

Müsahibimiz bildirib ki, İsveçrədə 2500-dən çox azərbaycanlı yaşayır:

“Azərbaycanlı uşaqların sayı az olsa da burda “Qarabağ” adlı məktəbimiz fəaliyyət göstərir. Gələcəkdə ehtiyac olarsa, yeni məktəblər açıla bilər”.

Azərbaycan diasporunun lobbiçilik fəaliyyətinə toxunan Q.Nəsirova bu işlə məşğul olanlara Azərbaycan həqiqətlərini müasir formada təbliğ etməyi təklif edib:

“Əldə bayraqlar, plakatlarla qışqıran şəxslər artıq heç kəsə, əsas da avropalılara da maraqlı deyil”.

Mərkəz rəhbəri qeyd edib ki, dünyanın ən bahalı ölkələrindən biri olan İsveçrəyə gəlmək istəyən hər kəsin qarşısında məqsəd olmalıdır:

“Yalnız ingilis dili bilmək kifayət etmir. Mütləq yerli xalqın dlini öyrənməlisən. Burda işsiz – gücsüz adamlara yaxşı baxmırlar. İsveçrdə vaxtdan dəyərli heç nə yoxdur”.

Şərhlər

Yaz...