Tarix: 21.10.2024 / 08:59
Ölkəmizə giriş-çıxış qaydaları yenilənməlidir  - Politoloq

Ölkəmizə giriş-çıxış qaydaları yenilənməlidir - Politoloq

“Xaricdə yaşayan azərbaycanlıların ölkəmizə giriş-çıxışı və digər məsələlərlə bağlı qanunvericiliyin dəyişdirilməsi aidiyyatı qurumlar tərəfindən müzakirə olunmalıdır”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında politoloq Xəqani Cəfərli deyib. Politoloq qeyd edib ki, bu məsələ ilə bağlı başqa dövlətlərin təcrübəsindən istifadə edilməlidir:

“Başqa dövlətlərin təcrübəsi öyrənilə və müəyyən addımlar atıla bilər. Qazaxıstanın təcrübəsinin daha yararlı ola biləcəyini düşünürəm”.

Politoloq qeyd edib ki, Azərbaycanda birinci dərəcəli qohumları yaşayan şəxslərin vətənə gəlişi və qayıdışı, qalma müddəti ilə bağlı qaydalar əcnəbilərə tətbiq edilən qaydalardan fərqli olmalıdır.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...