“Azərbaycan Hava Yollarının Embraer 190 təyyarəsində baş vermiş insidentlə bağlı Azərbaycan xalqına, sərnişinlərin ailələrinə və qəzada zərər çəkmiş bütün insanlara dərin hüznlə başsağlığı verirəm”.
Bu barədə açıqlamanı Diaspora.TV-yə Pakistan-Azərbaycan Məzunları Assosiasiyasının (PAAA) prezidenti Qeysər Navab deyib.
“Biz bu hüzn günündə Azərbaycan xalqı ilə həmrəyik və həlak olanlara, onların ailələrinə və bu ürəkağrıdan faciədən əziyyət çəkən hər kəsə səbr diləyirik. Səlahiyyətlilərin zərərçəkənlərə bütün lazımi dəstəyi verəcəyinə inanırıq və fövqəladə hallar qruplarını bu hadisənin nəticələrini idarə etməkdə göstərdikləri səylərə görə alqışlayırıq. Pakistan və Azərbaycan arasında həmişə qardaşlıq bağı olub və belə məqamlarda biz ehtiyac anlarında bir yerdə olmaq öhdəliyimizi bir daha təsdiq edirik. Allah rəhmətə gedənlərin ailələrinə səbr versin”, - deyə Q.Navab bildirib.
Qeyd edək ki, Pakistanın Baş naziri Şahbaz Şərif təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib.
Xəyalə Zöhrab
Diaspora.TV