Tarix: 18.07.2024 / 08:35
Baş redaktor:   Bu proses vahid mərkəzdən idarə olunmalıdır

Baş redaktor: Bu proses vahid mərkəzdən idarə olunmalıdır

“Düşünürəm ki, ayrı-ayrı qruplar var, amma onların gücü qarşı-qarşıya durub müharibə aparmağa yetmir, olsa-olsa partizan müharibəsi apara bilərlər”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında “Müsavat.com” saytının baş redaktoru Xalid Kazımlı diaspora təşkilatlarımız sırasında informasiya müharibəsi zamanı antiazərbaycan təbliğatının qarşısında dura biləcək media resursları və sosial şəbəkə hesablarının olması ilə bağlı danışarkən deyib.

Baş redaktor hesab edir ki, bu proses vahid mərkəzdən idarə olunmalıdır:

“Bu çoxşaxəli, hərtərəfli işdir. Necə deyərlər, hamı çəkici eyni zindana vurmalıdır. Bu kollektiv zəhmət, virtuoz bacarıq tələb edən işdir. Müxtəlif ölkələrdə olan vətənpərvər və intellektual insanların səfərbər olunması lazımdır”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...