Tarix: 24.05.2024 / 11:44
Baqrat erməni cəmiyyətinə  nə təklif edir?

Baqrat erməni cəmiyyətinə nə təklif edir?

“Mayın 26-da Baqrat Qalstanyan yenidən “izdihamlı” mitinqlər təşkil etməyi planlaşdırır. Tarix boyu azərbaycanlılarla ermənilərin dinc şəraitdə yaşamasına mane olan əsas qurumlardan biri də erməni kilsəsi olub”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov bildirib.

“Məlum olduğu kimi bu gün Ermənistanda ictimai-siyasi gərginlik davam edir, gərginliyin əsas körükçüsü isə Baqrat Qalstanyan adında din dəllalıdır. Kilsə bu gün də eyni siyasəti davam etdirir. Əslində səmavi dinlərin tarix boyu bəşəriyyətə göndərilməsinin əsas səbəbi xalqlar arasında sülhü və barışı təmin etmək olub. Heç bir din insanlığı müharibəyə və düşmənçiliyə çağırmayıb. Bu addımlarla erməni kilsəsi öz dininə və onun ehkamlarına da xəyanət edir. Bəs yaxşı, Baqrat erməni cəmiyyətinə nə təklif edir? Sülhün alternativi müharibədir. Ermənistan dövləti və cəmiyyəti müharibəyə hazırdırmı? Hesab edirəm ki, erməni xalıq bu saxtakar keşişə və onun arxasında qorxaqcasına gizlənən köhnə rejimin qalıqlarına öz yerini göstərməlidir”,- deyə o bildirib./Modern.az

Şərhlər

Yaz...