Xakasiya Daxili İşlər Nazirliyi azərbaycanlını xüsusilə ağır cinayət törətdiyinə görə Rusiya vətəndaşlığından məhrum edib.
Diaspora.TV xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumatına görə, azərbaycanlı 2013-cü ildə Rusiya pasportu alıb. Bundan sonra o, törətdiyi cinayətə görə, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 209-cu maddəsi ilə cəzasını ciddi rejimli koloniyada çəkməklə 10 il müddətində azadlıqdan məhrum edilib.
“Xakasiya Respublikası Daxili İşlər Nazirliyinin rəhbəri Vladimir Generalov qeyd olunan vətəndaşla bağlı Rusiya vətəndaşlığına xitam verilməsi barədə qərar qəbul edib. Təyin olunmuş cəzanı çəkdikdən sonra həmin şəxsə qarşı Rusiya ərazisindən məcburi deportasiya tədbirləri tətbiq olunacaq”, - deyə bildirilib.