Moskva yaxınlığındakı Balaşixa şəhərinin sakinləri buradakı azərbaycanlılardan ibarət dəstədən şikayətlənirlər. Onların sözlərinə görə, azərbaycanlı miqrantlar yerli uşaqları döyür, gənclərdən pul alırlar.
Diaspora.TV xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Qeyd olunub ki, bu yaxınlarda Qafqaz bölgəsindən olan 4 yeniyetmə iki məktəblini meşəyə apararaq onlara qarşı zorakılıq edib.
“Bizdə belə “vətəndaş”lara, “qonaqlara” ehtiyac yoxdur. Əcnəbilərin Rusiyada qalmasının əsas şərti qanunlarımıza, adət-ənənələrimizə, dilimizə, mədəniyyətimizə hörmət etməlidirilər”,- deyə bildirib.