Tarix: 27.08.2024 / 08:22
Soydaşlarımızla bağlı siyasətə yenidən baxılmalıdır    - Araşdırmaçı jurnalist

Soydaşlarımızla bağlı siyasətə yenidən baxılmalıdır - Araşdırmaçı jurnalist

“İranda son prezident seçkilərinin nəticələri, azərbaycanlıların siyasi aktivliyi və milli düşüncəli insanların uğur qazanması xaricdə yaşayan soydaşlarımızla bağlı siyasətə yenidən baxmağı zəruri edir”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında araşdırmaçı jurnalist Elman Cəfərli deyib.

Onun sözlərinə görə, Rusiya Federasiyası, Ukrayna, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Baltik ölkələrində yaşayan azərbaycanlıların siyasi aktivliyinə dəstək vermək lazımdır.

“Azərbaycan 2020-ci ilə qədərki dövlət deyil. 30 il ölkəmizi inkişafdan geri qoyan Qarabağ münaqişəsini həll etmişik. Bölgəsəl gücə çevrilmək yolunda addımlayırıq. Bu gün xəyal olan şeylər sabah reallığa çevrilir. 600 il 4 qitəyə hökmranlıq etmiş Osmanlı balaca bir obada - Söyüdlüdə qurulmuşdu. Böyüməyin şərtləri var. Güclü iqtisadiyyat, qüdrətli ordu, şəbəkələşmiş, siyasi mərkəzlərə təsiri olan diaspora və s. Əgər Bakının dünya siyasətinə təsir edən güc mərkəzinə çevrilməsini istəyiriksə, güclü diasporanın təməllərini atmalı, xaricdə yaşayan soydaşlarımızla sıx işləməli, onları yaşadıqları ölkələrdə güclü icmalara çevirməliyik. Bizim Moskvda, Sankt-Peterburqda, Kiyevdə, Almatıda, Tehranda, Təbrizdə, Tiflisdə siyasi cəhətdən yetkin icmalarımız olmalıdır. 30 ildə bunu etməmişik, amma indi də gec deyil” - deyə, E.Cəfərli bildirib.

Jurnalist hesab edir ki, soydaşlarımıza münasibətdə Sovet dövründən qalma yanaşmalar dəyişməlidir.


Şərhlər

Yaz...