Müğənni Alsu keçmiş əri, bakılı iş adamı Yan Abramova qarşı 10 milyard rubl iddia qaldırıb.
Diaspora.TV xəbər verir ki, bu barədə Mash teleqram kanalı məlumat yayıb.
Qeyd olunur ki, müğənni 100-ə yaxın səhifədən ibarət yeni tələblər siyahısı irəli sürüb:
“Alsu, əmlakın bölünməsi üçün yeni tələblər siyahısı ilə Yan Abramova qarşı daha bir iddia qaldırıb. Bu, ümumi məbləği 10+ milyard rubl olan 100 səhifəlik siyahıdır. Onlar həmçinin qeyd ediblər ki, siyahıya mənzillər, bağ evləri, avtomobillər və birgə alınan bir çox başqa əmlak, müxtəlif şirkətlərin səhmləri daxildir”.
Qeyd olunur ki, Abramov bundan əvvəl keçmiş həyat yoldaşına 2,5 milyard rubl məbləğində təzminat təklif edib. Lakin müğənni bundan imtina edib. Rusiyalı iş adamının vəkili Aleksandr Dobrovinski bildirib ki, əvvəlcə Alsu Triumf sarayında 300 milyon rubl dəyərində yalnız bir mənzil tələb edib. Lakin sonradan tələblərlə siyahını genişləndirib.