Tarix: 22.07.2024 / 18:47
Bakılı turist Samarada  bahalı sırğalarla saxlanıldı

Bakılı turist Samarada bahalı sırğalarla saxlanıldı

Bakıdan gələn sərnişin Samara hava limanında “Tiffany” sırğaları ilə saxlanılıb.

Diaspora.TV Rusiya KİV-nə istinadla xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidməti məlumat yayıb.

Həmin şəxs “yaşıl” dəhlizdən keçərkən saxlanılıb. Gömrük əməkdaşları onun baqajına əlavə yoxlama keçirib və bəyan edilməmiş 1,5 milyon rubl dəyərində olan “Tiffany & Co” sırğaları aşkar ediblər. Bundan əlavə, turistin əlində orijinallıq sertifikatları və zinət əşyaları üçün qəbz də olub.

“Məhsul almaz əlavələri olan 950 platin ərintisindən, yəni təbii almazdan hazırlanıb. Zərgərlik məmulatlarının hazırlandığı materiallar strateji əhəmiyyətli mallar siyahısına daxildir”, - deyə ekspert bildirib.

Qaçaqmalçılığa görə adamı 7 ilə qədər həbs və 1 milyon rubla qədər cərimə gözləyir.

Bundan əvvəl çinli qadın Rusiyadan ətəyinin altından 6 kq mamont dişi keçirməyə cəhd etmişdi.

Şərhlər

Yaz...