Aleksandr Beqlov Sankt-Peterburq qubernatoru seçkilərində 59,8 faiz səs toplayaraq qalib gəlib.
Diaspora.TV rus mediasına istinadən xəbər verir ki, Aleksandr Beqlov 1956-cı il mayın 19-da Bakıda anadan olub. O, Leninqrad İnşaat Mühəndisləri İnstitutunu bitirib, bundan sonra tikinti təşkilatlarında müxtəlif vəzifələrdə işləməyə başlayıb. Siyasi fəaliyyətinə 1989-1990-cı illərdə Sov.İKP Leninqrad Vilayət Komitəsində başlayıb, burada sosial-iqtisadi şöbənin sektoruna rəhbərlik edib.
Beqlov 2018-ci ilin oktyabrında Sankt-Peterburqa rəhbərlik edib, onu Rusiya prezidenti Vladimir Putin təyin edib.