Tarix: 22.10.2024 / 17:20
Bakılı müğənninin evində     daha bir şübhəli saxlanıldı

Bakılı müğənninin evində daha bir şübhəli saxlanıldı

Hüquq-mühafizə orqanlarının əməkdaşları Bakılı müğənni, Rusiyanın xalq artisti Larisa Dolinanın mənzilində daha bir şəxsi saxlayıblar.Saxlanılan şəxs dələduzluqda şübhəli bilinir.

Diaspora.TV xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

“Saxlanılan şəxs Yoşkar-Ola şəhərinin 43 yaşlı sakinidir. O, müğənninin 30 min rublunu mənimsəyib. Həmin şəxsin həbsi məsələsi tezliklə həllini tapacaq”, - deyə Rusiya mediası yazıb.

Qeyd edək ki, Larisa Kudelman (Dolina) Bakı şəhərində yəhudi ailəsində doğulub. Atası Aleksandr Markusoviç Kudelman, anası Qalina İzrailevna Kudelmandır.

L.Dolina üç yaşında valideynləri ilə birlikdə Odessaya köçüb.


Şərhlər

Yaz...