Tarix: 03.09.2024 / 15:42
Bakılı müğənnini ölümlə    hədələyirlər

Bakılı müğənnini ölümlə hədələyirlər

Bakılı müğənni, Rusiyanın xalq artisti Larisa Dolina Moskvanın Mərkəzi İnzibati Dairəsi üzrə Daxili İşlər İdarəsinin rəisinə müraciət ünvanlayıb.

Diaspora.TV rus mediasına istinadla xəbər verir ki, L.Dolina avqustun sonunda Telegram-da ona, qızına və nəvəsinə qarşı qətl və ağır bədən xəsarətləri ilə hədələnən mesajlar almağa başlayıb.

“L.Dolina iddia edir ki, mesaj göndərən ondan bir müddət əvvəl telefon fırıldaqçıları tərəfindən satmağa məcbur edilən mənzili dərhal boşaltmasını tələb edir. Əks halda, guya onu öldürməklə və sağlamlığa ağır xəsarət yetirməklə hədələyir. Eyni zamanda, hesabın özü "Pavel Kurenkov" adı ilə imzalanıb və avatarda Dolinanın avtomobilinin şəkli var. Müğənni bununla bağlı özünün, nəvəsinin və qızının dövlət himayəsinə, mənzilinin və əmlakının mühafizəyə götürülməsini xahiş edir”, - deyə “Baza Telegram” kanalı məlumat yayıb.

Qeyd edək ki, Larisa Kudelman (Dolina) 10 sentyabr 1955-ci ildə Bakı şəhərində yəhudi ailəsində anadan olub. Atası Aleksandr Markusoviç Kudelman, anası Qalina İzrailevna Kudelman.

L.Dolina üç yaşında valideynləri ilə birlikdə Odessaya köçüb.

Şərhlər

Yaz...