Tarix: 10.09.2024 / 11:02
Bakılı müğənni itirilmiş milyonlarından ötrü     narahat deyil

Bakılı müğənni itirilmiş milyonlarından ötrü narahat deyil

Bakılı müğənni, Rusiyanın xalq artisti Larisa Dolina hazırda çıxılmaz vəziyyətdədir. İfaçı uzun illər saxladığı əmlakını və külli miqdarda pulunu itirib.

Diaspora.TV rus mediasına istinadla xəbər verir ki, bununla belə, fırıldaqçıların qurbanı təslim olmaq fikrində deyil. Sənətçi özündən alına bilməyən əsas dəyərlə özünə təsəlli verir.

“Mənim səsim mənim həyat stimulum, gücüm, əsas komponentim, kainata çıxışım və məni dinləməyə hazır olanlara müraciətimdir. Səs mənim sərvətimdir, içimdir, səhnəyə çıxmaq üçün əsas motivasiyamdır... Siz məni bütün maddi nemətlərdən məhrum edə bilərsiniz, amma heç kim məni səsimdən məhrum etməyəcək! Allah verdi! Allah onu aldı!”, – deyə L.Dolina bildirib.


Şərhlər

Yaz...