Bakılı müğənni, Rusiyanın xalq artisti Larisa Dolina Avropa İttifaqının sanksiyaları səbəbindən Latviyanın Yurmala şəhərindəki dəbdəbəli evini itirə bilər.
Diaspora.TV xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumatına görə, müğənninin Latviyada sahib olduğu aktivlərin məbləği 95 milyon rubl təşkil edir.
Qeyd edək, dekabrın 16-da Avropa İttifaqı (Aİ) Şurası müğənni Larisa Dolina, jurnalist və media meneceri Tina Kandelaki, politoloq Timofey Bordaçova, bir sıra Rusiya şirkətlərinə, o cümlədən Afrika Təşəbbüsünə qarşı sanksiyalar tətbiq edib.
Aİ Şurasının məlumatına görə, sanksiya siyahısında olanlar “hibrid hərəkətlər” vasitəsilə Aİ-nin fundamental dəyərlərinə xələl gətirən Rusiya hökuməti siyasətində iştirak edirlər.