Rusiyalı məşhur müğənni Alsu və bakılı iş adamı Yan Abramovun qızı Mikella, doğum günü münasibətilə atasını təbrik edib.
Diaspora.TV xəbər verir ki, bu barədə Mikella şəxsi sosial media hesabında paylaşım edib.
O, atasının 47 yaşı tamam olması münasibətilə Mariah Carey-nin “My All” mahnısını oxuyub.
“Bu gün atamın ad günüdür. Mən səni çox sevirəm.. Hər şeyə görə təşəkkürlər!”, - deyə o vurğulayıb.
Xatırladaq ki, müğənni Alsu və bakılı iş adamı Yan Abramov 2006-cı ildə ailə qurub, bu il isə ayrılıblar. Onların Safina, Mikella adlı iki qızı, Rafael adlı bir oğlu var.