Tarix: 27.09.2024 / 10:20
Bakılı iş adamını Londonda     britaniyalı vəkillər müdafiə edəcək

Bakılı iş adamını Londonda britaniyalı vəkillər müdafiə edəcək

Müğənni Alsu Britaniya pasportundan istifadə edərək keçmiş əri, bakılı iş adamı Yan Abramovu İngiltərə Kral Məhkəməsinə verib. Bakılı iş adamı isə hazırda müdafiəsi üçün Londondan vəkillər toplayır.

Diaspora.TV xəbər verir ki, bu barədə rus mətbuatı məlumat yayıb.

"Yan Abramov mənə Alsunun əsassız iddialarına qarşı müdafiə etmək üçün yerli hüquqşünaslardan ibarət qrup seçmək səlahiyyəti verdi. Londondakı həmkarlarımla əlaqə saxladım. Mövcud siyasi vəziyyətdə, bir Britaniya vətəndaşına qarşı Rusiyanın maraqlarını təmsil etmək istəyən və edə bilən çox sayda hüquqşünas yoxdur, lakin biz artıq həmkarlarımızla Yanın keçmiş həyat yoldaşı Alsunun hücumlarına qarşı qarşıdakı mümkün qoruyucu hərəkətləri müzakirə etməyə başlamışıq", - deyə iş adamının vəkili Aleksandr Dobrovinski bildirib.

Şərhlər

Yaz...