Müğənni Lyubov Uspenskayanın qızı Tatyana Plaksina yoxa çıxıb.
Diaspora.TV Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə sənətçinin mətbuat katibi məlumat verib.
Onun sözlərinə görə, Plaksina təxminən bir həftə əvvəl Moskvada yoxa çıxıb. Uspenskaya və ətrafı qızın yoxa çıxmasını onun fəaliyyəti ilə əlaqələndirir.
“Tanya həqiqətən yoxa çıxdı. Biz bunu onun LPR və DPR-ə səfərləri ilə əlaqələndiririk. O, Moskvada yoxa çıxıb, indi harada olduğunu bilmirik”, - deyə Uspenskayanın mətbuat katibi bildirib.
Müğənni Nikolay Baskov İnstaqram səhifəsində Uspenskayanın adından müraciət yayıb:
“Bakıdan təzə gəlmişəm, qızım Tanya yoxa çıxıb! Mən onu tapa bilmirəm. Onun telefonları evdə qalıb, qorxuram. Qastrol səfərində idim və nə baş verdiyini bilmirəm”, - deyə müğənni bildirib.
Sənətçi Plaksinanın yoxa çıxmasını Donbas səfəri ilə də əlaqələndirib.
Qeyd edək ki, Tatyana Plaksina Uspenskayanın iş adamı Aleksandr Plaksinlə dördüncü nikahından olan qızıdır.