Tarix: 26.09.2024 / 12:30
“Bakıdan mənə gənclər zəng edirlər ki...”    - Ərdəbilin imamcüməsi

“Bakıdan mənə gənclər zəng edirlər ki...” - Ərdəbilin imamcüməsi

İranın ali dini rəhbərinin Ərdəbil əyalətindəki nümayəndəsi Həsən Amoli Livan Hizbullahının lideri Həsən Nəsrullaha məktub yazıb.

Diaspora.TV xəbər verir ki, İran mollası məktubunda iddia edib ki, İsrailin Livana hücumlarından sonra guya İranın müxtəlif şəhərlərindən, xüsusilə də Güney Azərbaycanın Ərdəbil, Təbriz, Urmiya, Zəncan şəhərlərindən, habelə Bakıdan gənclər onunla əlaqə saxlayaraq bildiriblər ki, İsrail ordusu quru yoldan Livana girərsə, döyüşmək üçün Livana getmək istəyirlər.

“Sizdən (Həsən Nəsrullah) xahişim odur ki, düşmənin quruda hücumu zamanı gənclərin Livana göndərilməsinə razılıq verin və daha sonra böyük bir ordu Livana axışacaq. Hamı bilir ki, sizin əmrlərinizi dinləyən minlərlə suriyalı, iraqlı və yəmənli döyüşçü var. Əgər siz bu gənclərin də istəyini qəbul etsəniz, ordu böyüyəcək”, - deyə, Xameneyinin nümayəndəsi əlavə edib./Azadİran




Şərhlər

Yaz...