Son beş ildə İrəvandan Bakıya və əks istiqamətdə 66 reys həyata keçirilib.
Diaspora.TV xəbər verir ki, bu barədə Sputnik Ermənistan-a Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyindən bildirilib.
Belə ki, 2024-cü il dekabrın 11-də İrəvandan Bakıya beynəlxalq şirkətin sifarişi ilə çarter reysinin həyata keçirildiyi məlum olub. Departamentdən yazılı sorğuya cavab olaraq, bu uçuşun ilk olmadığını izah ediblər.
“Son beş il ərzində, 2020-ci ildən başlayaraq, beynəlxalq nümayəndə heyətlərinin daşınması üçün İrəvandan Bakıya və geriyə 66 dövlət reysi yerinə yetirilib”.
Eyni zamanda, İrəvan-Bakı-İrəvan marşrutu ilə hərəkət edən avialaynerlər iki trayektoriya üzrə uçur.