Tarix: 06.08.2024 / 17:00
Bakıdan güc alan rəqqas cütlüyü   - FOTOLAR

Bakıdan güc alan rəqqas cütlüyü - FOTOLAR

Beynəlxalq dərəcəli əməkdar idman ustaları Anna Sajina və Eldar Cəfərov cütlüyü 20 ildir Azərbaycanı müxtəlif beynəlxalq bal rəqsləri turnirlərində və çempionatlarında təmsil edirlər. Onlar altı dəfə Avropa və Dünya çempionu olublar və bu yaxınlarda peşəkar karyeralarını bitirdiklərini elan ebdilər. Lakin Anna Sajina bildirir ki, karyera bitsə də işlər bitmir.

Diaspora.TV xəbər verir ki, Anna moskva-baku saytına son altı ayda kifayət qədər gərgin iş qrafikləri olduğunu söyləyir:

“Rusiya teatr səhnəsində ən çox axtarılan rejissorlardan biri - Vladimir Mayakovski Teatrının bədii rəhbəri Yeqor Perequdovun rejissorluğu ilə “Oteldəki tarix” rəqs şousunda iştirak emişik. Bundan əlavə, Eldarla mən gənc rəqqas nəslini yetişdirməkdə davam edirik. Şagirdlərimiz Rusiya çempionatının finalında və rəqs idmanı üzrə Dünya çempionatında iştirak edərək dünya səhnəsində lider mövqeləri tuturlar. Gənc ulduzlar Eldarın Rusiyada fəal şəkildə inkişaf etdirdiyi American Smooth turnirlərində iştirak edirlər. Keçən il bu rəqs istiqaməti ilk dəfə olaraq The Blackpool Dance Festivalının reqlamentinə daxil edildi və gənc cütlüklərimiz orada çıxış etdilər”.

Anna xanım qeyd edib ki, dünyanın ən nüfuzlu arenalarında və səhnələrində çıxış etsələr də vida rəqslərini Bakı tamaşaçılarının önündə ediblər. Bu, Bakıda Dünya Çempionatı və “Rəqs edən brilyantlar gecəsi”nin unikal qala gecəsini də əhatə edən Azərbaycan Rəqs Festivalında baş verib. Onlar festival iştirakçıları və onun qonaqları qarşısında öz vida rəqslərini ifa ediblər:

“Dostlarımızın və ailəmizin izlədiyi kimi təsirli bir hadisə idi. Bizə dəstək olmaq üçün Eldarın valideynləri xüsusi olaraq Rusiyadan gəlmişdilər”.

İndi yay günlərində Eldarın qohumları ilə birlikdə Mərdəkanda dincəldiklərini qeyd edən rəqqasə təəsüratlarını bölüşüb:

“Ərimin uzun müddətdir Rusiyada yaşayan valideynləri də Bakıya gəliblər. Burada özümüzü çox rahat hiss edirik. Böyük bir süfrə arxasında toplaşır, əylənir, zarafatlaşır, ünsiyyət qururuq. Biz böyük bir ailəyik və Bakı bizim üçün bir növ güc yeridir, bizi müsbət enerji və emosiyalarla doldurur”.




Şərhlər

Yaz...