Tarix: 08.11.2024 / 10:52
Bakıda Zəfər yürüşü    keçirilir

Bakıda Zəfər yürüşü keçirilir

8 Noyabr - Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə Bakıda hərbçilərin Zəfər yürüşü keçirilir.

Diaspora.TV xəbər verir ki, əvvəlcə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Sonra hərbi orkestrlər Azərbaycanın dövlət himnini səsləndirib.

Daha sonra hərbçilərin yürüşü başlayıb.

Yürüşün istiqamətləri aşağıdakı kimidir:

1-ci yürüş - saat 10.00-12.00, Heydər Əliyev sarayı-Nizami kino Mərkəzi – Neftçilər Prospekti – Azadlıq meydanı – Amay,

2-ci yürüş – saat 10.00-12.00, Şəhidlər Xiyabanı – Alov Qüllələri – İçərişəhər metrosu – Qala Qapısı – Kukla teatrı – Azneft dairəsi – Bəhram Gur heykəli,

3-cü yürüş – saat 10.00-12.00, Musabəyov parkı - Əbdürrəhim bəy Haqverdiyev küçəsi, Hüseyn Cavid prospekti – Parlament prospekti – Şəhidlər xiyabanı,

4-cü yürüş - saat 10.00-12.00, Olimpik Star – Səməd Vurğun küçəsi – Zabitlər parkı – Sirk – Heydər Əliyev Sarayı – Nəsimi heykəli – Neftçilər prospekti,

5-ci yürüş - saat 10.00-12.00, Nərimanov heykəli – Mərkəzi Park – Milli Dram Teatrı – Qış Parkı – Heydər Əliyev Sarayı – Mərkəzi Bankı – 28 MALL.

Xatırladaq ki, Zəfər Günü Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla təsis edilib.

Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Ordusu torpaqların işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu. 44 gün davam edən döyüşlər zamanı Rəşadətli Azərbaycan Ordusu 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad edib.

Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda təqribən 30 min insan məskunlaşıb. Belə ki, hazırda bu bölgədə aparılan bərpa-quruculuq işləri ilə bağlı müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsinə minlərlə işçi qüvvəsi cəlb olunub. Bundan başqa, işğaldan azad olunmuş rayonlarda fəaliyyət göstərən məktəblərdə və Xankəndi şəhərindəki Qarabağ Universitetində minlərlə insan çalışır və ya təhsil alır.

Şərhlər

Yaz...