Bakıda Ukraynanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun və Ukraynanın Azərbaycandakı icmasının dəstəyi ilə "З Днем Святого Миколая"! ( Müqəddəs Nikolay Gününüz mübarək) uşaq əyləncəli bayram tədbiri keçirilib.
Diaspora.TV xəbər verir ki, tədbirdə Rusiya-Ukrayna müharibəsi nəticəsində ölkəmizə köçən ukraynalı uşaqlar iştirak ediblər. Onlar rəqs edib, şeir söyləyib və əyləniblər.
Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim edilib.