Tarix: 28.06.2024 / 11:20
Bakı və baklılar rus aktrisasını   necə heyran etdi?

Bakı və baklılar rus aktrisasını necə heyran etdi?

Bakıda Rusiya Mədəniyyəti Günləri başa çatıb. Rus Dram Teatrının səhnəsində Aleksandr Ostrovskinin “Ailə şəkli” pyesi əsasında tamaşa göstərilib.


Diaspora.TV moskva-baku.ru-ya istinadən xəbər verir ki, həmin tamaşada rol alan Aleksandrina Pitimirova ölkəmizin paytaxtı barədə təəssüratlarını bölüşüb...

Aleksandrina, Bakı ilə ilk görüşünüz necə keçdi?

- Möhtəşəm! Çox maraqlı, unikal, rəngarəng və inanılmaz “ləzzətli” şəhərdir. İlk növbədə sahilə, dənizə - Mərdəkana getdik. Xəzərdə üzdük, günəş vannası qəbul etdik, qızmar Bakı günəşini canımıza çəkdik. Heç demə, Xəzərin suyu duzlu deyilmiş! Bakı heyrətamizdir, sanki Şərqlə Qərb birləşib. Xüsusilə yerli sakinlərin münasibəti məni heyran edir. Səmimi və qonaqpərvər, bura gələn hər kəslə rəftar etməyə hazırdır. İsti Bakını gəzib susadıq. Yoldan keçənlərdən soruşduq ki, hardan kola ala bilərik, bir dəqiqə sonra onlar bizə iki litrlik soyuq içki butulkasını gətirdilər. Çox təəssüf ki, Bakıda cəmi iki gün qalacağıq. Və mən burada daha çox yaşamaq istərdim...

- Bakıya gələn hər kəs buradakı yeməklərin çox dadlı olduğunu qeyd edir. Azərbaycanın hansı yeməklərini dadmısınız?

- Azərbaycan dolmasını daddım. Heyrətamiz! Yediyim ən yaxşı dolma.

- Moskvaya özünüzlə nə aparacaqsınız?

- Bakı paxlavası və yerli şirniyyatlar, Azərbaycan çayı və təbii ki, nar sousu (narşərab-red.). Bakıya növbəti səfərimdə şəhərin küçələri ilə yaxşı gəzmək, hamının sevimli “Brilliant əl” və “Amfibia adam” filmlərinin çəkildiyi İçərişəhəri gəzmək, möhtəşəm dəniz sahili bulvarını görmək və təbii ki, yenə Xəzər dənizində üzmək arzusundayam.

Şərhlər

Yaz...