Rusiyada bu il ötən ilin eyni dövrü ilə müqayisədə 53%-dən çox turist xaricə uçmağı planlaşdırır.
Diaspora.TV xəbər verir ki, bunu OneTwoTrip şirkətinin araşdırması göstərib.
Rusların bu payızda istirahət edəcəkləri xarici şəhərlərə 9,9% payla Bakı başçılıq edir. Azərbaycanın paytaxtına maraq 30% artıb.
İstanbul populyarlığının 44%-ni itirərək ikinci yeri tutub. Türkiyə şəhəri sifarişlərin 5,0%-ni təşkil edir.
İlk üçlüyü (4,9%) Tokio qapadır. Yaponiyanın paytaxtına ötən illə müqayisədə tələbat 8 dəfə artıb.