Tarix: 18.12.2024 / 17:40
Bakı-İrəvan arasında münasibətlər...   - Gerasimov

Bakı-İrəvan arasında münasibətlər... - Gerasimov

Rusiya Qafqazda konstruktiv tədbirlər görür və bu səylər nəticəsində Bakı və İrəvan ikitərəfli münasibətlərin normallaşması istiqamətində uğurla irəliləyirlər.

Diaspora.TV Rusiya mediasına istinadla xəbər verir ki, bu sözləri Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov xarici dövlətlərin hərbi attaşeləri üçün keçirdiyi brifinqdə deyib.

“Qərbin dağıdıcı hərəkətlərinə qarşı Rusiya bu regionda konstruktiv tədbirlər həyata keçirir. Böyük ölçüdə dövlətimizin səyləri sayəsində Bakı və İrəvanın ikitərəfli münasibətlərin normallaşması istiqamətində müsbət irəliləyişi göz qabağındadır”, - deyə Gerasimov bildirib.

Onun sözlərinə görə, hazırda dövlətlərarası demarkasiya xəttinin ən çətin hissələrindən birinin - Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Tavuş rayonu arasında demarkasiyası başa çatıb.









Şərhlər

Yaz...