"Mən indi Bakı ilə yeni kəşflərə, tanışlıqlara hazıram".
Diaspora.TV xəbər verir ki, bunu çoxlarının “Mətbəx” serialından tanıdığı aktrisa Yelena Ksenofontova "Moskva-Bakı"ya müsahibəsində deyib.
“Konsertlərlə qastrol səfərlərinə gedirəm. Orada mahnı ifa edirəm, şeir oxuyuram, hekayələr danışıram, həyatla bağlı fikirlərimi bölüşürəm. Məni Azərbaycana da dəvət etsələr, çox şad olardım. Təəssüf ki, əvvəllər orada olmamışam. Azərbaycanda mənim işimə yaxşı yanaşırlar.
Qazaxıstanda doğulmuşam və 14 yaşıma kimi orada yaşamışam. Qazaxıstan da Azərbaycan kimi şərq ölkəsidir. Adət-ənənələri müəyyən mənada Azərbaycanla oxşardır ”, – deyə aktrisa bildirib.