“İsraillə əməkdaşlığına görə Azərbaycanla aramızda gərginlik var idi. Ancaq biz Bakının “sionistlərlə” əməkdaşlığını artırmasına tamaşa etmək əvəzinə, aradakı gərginliyi azaltmağa çalışdıq".
Diaspora.TV xəbər vəbər verir ki, bu sözləri ermənipərəst ekspert Ehsan Movəhhediyan dünən İranın ON TV kanalına müsahibəsində deyib.
“Bakı ilə münasibətləri qorumaq və artan gərginlikdən qaçmaq üçün biz hərbi əməkdaşlıq və müdafiə diplomatiyasının inkişafı yolunu tutduq. İsrailin sərhədlərimizdə olmasına qarşı çıxmalıyıq. Siyasi, mədəni və media diplomatiyası müdafiə diplomatiyasını tamamlayır ki, bu da iki ölkə sərhədlərinin açıq olmasını və qarşılıqlı əlaqələrin yaranmasını ehtiva edir. Eyni zamanda, Britaniya və İsrailin Azərbaycanda saxta kimlik yaratmaq, şiələri sıxışdırmaq və İranla bir çox ortaq cəhətləri olan bir ölkəni təcrid etmək cəhdlərinin qarşısı alınmalıdır. İki ölkə arasında danışıqlar bir çox problemlərimizi həll edə və “sionistlərin” təsiri ucbatından Bakı ilə artan gərginlik azala bilər”, - deyə o bildirib.