Tarix: 17.09.2024 / 09:26
 Azərbaycanlı vəkil Rusiyada    saxlanıldı

Azərbaycanlı vəkil Rusiyada saxlanıldı

Azərbaycanlı vəkil Elman Paşayevə qarşı dələduzluq maddəsi ilə cinayət işi açılıb.

Diaspora.TV rus mediasına istinadla xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin (İK) rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.

E.Paşayevə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (xüsusilə böyük miqyasda törədilən dələduzluq) ilə iş açılıb.

İstintaqın məlumatına görə, bu ilin fevralında Paşayev bloger Yelena Blinovskayanın əri Aleksey ilə görüşü zamanı onu arvadını külli miqdarda cinayət məsuliyyətindən azad edə biləcəyinə inandırıb. Blinovskidə sözügedən məbləği Paşayevə köçürüb.

Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, cinayət işində iştirak edən şəxs Moskvada saxlanılıb.

Onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsi hazırda həll edilir.





Şərhlər

Yaz...