Xalq artisti Azərin Türkiyədə keçirilən 15 İyul - Demokratiya və Milli Birlik Gününə həsr olunmuş anım tədbirində çıxış edib.
Diaspora.TV Türkiyə mediasına istinadla xəbər verir ki, sənətçi Prezident iqamətgahında keçirilən tədbirdə “Çırpınırdı Qara dəniz” mahnısını oxuyub.
O, ifası sırasında "Bozqurd" işarəsi göstərib. Bu isə prezident Rəcəb Tayyib Ərdoğan, xanımı Əminə Ərdoğan və zaldakı insanlar tərəfindən alqışlarla qarşılanıb.