Tarix: 20.11.2024 / 20:13
Azərbaycanlıya saxta sənəd verən qadın    həbs edildi

Azərbaycanlıya saxta sənəd verən qadın həbs edildi

Yuqorskdan olan bir dilçi miqrantlar üçün saxta testlər etdiyinə görə iki il müddətinə şərti həbs cəzasına məhkum edilib.

Diaspora.TV xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Qeyd olunub ki, qadın Linqvodidaktika, Dil Testi və Miqrasiya Siyasətinə Yardım Mərkəzində mütəxəssis işləyib. Bu qurum rus dilini, tarixini və daxili qanunvericiliyi bilməklə bağlı sertifikatlar verir.

Qadın işlədiyi müddətdə Azərbaycan, Tacikistan və Özbəkistandan olan 4 əcnəbiyə pul müqabilində sənədlərin alınmasında kömək edib.

O, imtahanlar zamanı miqrantlara düzgün cavablar verməkdə yardımçı olub. Bu xidmətlərə görə isə sınaqdan keçən hər bir şəxsdən 4-6 min rubl alıb.

Faktla bağlı cinayət işi açılıb.


Şərhlər

Yaz...