Tarix: 05.06.2024 / 08:46
Azərbaycanlıların yaşadığı ölkələrdə   konsulluq xidmətləri olmalıdır

Azərbaycanlıların yaşadığı ölkələrdə konsulluq xidmətləri olmalıdır

“Xarici ölkələrdə azərbaycanlıların yaşadıqları yerlərdə “Asan xidmət” modelinin tətbiq olunması mühüm və əhəmiyyətli bir hal olardı”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Ədalət, Hüquq, Demokratiya Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyib. O, bir sıra ölkələrdə azərbaycanlıların yaşaması faktından danışıb:

“Onların bəzən sayları, məsələn, Rusiyada 2 milyondan artıqdır. Bir sıra ölkələrdə 100-200 min soydaşımız yaşayır. Bu baxımdan düşünürəm ki, konsulluqların açılması çox vacib və həddindən artıq önəmli məsələdir”.

Sədr müavini hesab edir ki, Azərbaycan Dərbənd, Kanadanın və Avropanın bir sıra şəhərlərində konsulluqlar aça bilər:

“Bu çox vacib məqamdır və bununla bağlı Xarici İşlər Nazirliyi işlərini qurmalıdır. Dünyada azərbaycanlıların sayı 50 milyondan artıqdır. Bu baxımdan azərbaycanlının kütləvi yaşadığı ölkələrdə konsulluq fəaliyyəti olmalıdır”.

Jalə
Diaspora.TV


Şərhlər

Yaz...