Tarix: 16.07.2024 / 10:19
Azərbaycanlının idarə etdiyi gəmi  Türkiyədə qəzaya uğrayıb

Azərbaycanlının idarə etdiyi gəmi Türkiyədə qəzaya uğrayıb

Rusiyadan Panama bayrağı altında yola çıxan “Volgo Balt 213” yük gəmisi Mərmərə dənizində saya oturub. Gəmidə 12 nəfər ekipaj üzvü və 2,2 min ton sıxılmış heyvan yemi var.

Diaspora.TV xarici mediaya istinadən xəbər verir ki, 114 metrlik yük gəmisinin ekipajında doqquz Azərbaycan və üç Ukrayna vətəndaşı var. Gəmi İstanbuldan Gəmlik limanına doğru gedirmiş, lakin Türkiyənin Bursa şəhəri yaxınlığında sahildən 6-7 metr aralıda saya oturub. Hadisənin üçüncü kapitan köməkçisinin sükan arxasında yuxuya getməsi səbəbindən baş verə bildiyi ehtimal olunur.

Dəniz süxuru ilə toqquşma nəticəsində gəminin burnunda çat əmələ gəlib. Bursa valisi Mahmud Dəmirtaş Türkiyənin sahil mühafizə gəmilərinin qəza yerinə göndərildiyini bildirib.

Dalğıclar artıq “Volqo Balt 213” yükdaşıyan gəmisinin vəziyyətini qiymətləndiriblər. Zeytinbağı kəndi yaxınlığında gəminin çıxarılması planı hazırlanır.

“Volgo Balt” 213 1978-ci ildə buraxılıb.


Şərhlər

Yaz...