ETTELAAT qüvvələri azərbaycanlı fəal Əlirza Fərşinin valideynlərinin yaşadığı evə basqın edib.
Diaspora.TV xəbər verir ki, Əlirza Fərşi bu barədə şəxsi sosial media hesabında paylaşım edib.
“Bu gün təhlükəsizlik qüvvələri 80 yaşlı anamın evinə basqın edərək bütün evdə axtarış apardılar”,- deyə o qeyd edib.
Xatırladaq ki, bir il əvvəl Fərşiyə qarşı Baharistan şəhərində “rejim əleyhinə təbliğat” ittihamı ilə iş açılıb.