Tarix: 24.12.2024 / 11:17
Azərbaycanlının ailəsinə    təzyiq göstərilir

Azərbaycanlının ailəsinə təzyiq göstərilir

İrqçi fars-molla rejimi azərbaycanlı milli fəal Vahid Əbhərinin ailəsinə təzyiq göstərir.

Diaspora.TV xəbər verir ki, bu barədə Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) məlumat yayıb.

Azərbaycan Milli Hərəkatının fəalı Vahid Əbhərinin müvəqqəti azadlığa buraxılmasından sonra, son bir neçə gün ərzində molla rejimin terrorçu İnqilab Keşikçiləri Korpusunun təhlükəsizlik qüvvələri azərbaycanlı fəalın ailə üzvləri ilə dəfələrlə əlaqə saxlayıb.

Onların SEPAH-ın qərargahında olmasını istəyiblər.

Əbhərinin anası təhlükəsizlik qüvvələri tərəfindən həbs olunmaqla hədələndikdən sonra o SEPAH-ın qərargahında olub və sorğu-sual edilib.

Azərbaycanlı fəalın valideynlərinin yaşlı, nitq və eşitmə qüsurlu olduğu deyilir.


Şərhlər

Yaz...