Tarix: 26.09.2024 / 10:53
Azərbaycanlını güllələyən inspektor Qusevin ekipajı    saxlanılıb

Azərbaycanlını güllələyən inspektor Qusevin ekipajı saxlanılıb

Sentyabrın 24-də Novosibirsk vilayətinin Moşkovski rayon Dövlət Yol Müfəttişliyinin iki əməkdaşı, tanınmış müfəttiş Aleksandr Qusevin həmkarları saxlanılıblar.

Diaspora.TV xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb.

"Bu gün əməkdaşlarım axtarışa verilib, pul və mobil telefonları ələ keçirilib. Arvadlarının sözlərindən belə başa düşdüm ki, Stankeviçlə Baranova mənim əleyhimə ifadə vermələri üçün təzyiq edirlər. İndi onlar lazımi ifadə verməsələr, həbs olunacaqlarından qorxurlar”, - deyə Qusev bildirib.

Jurnalistlər bildirirlər ki, hüquq-mühafizə orqanlarının əməkdaşları atışma hadisəsindən sonra bəraət qazanan və xidmətə bərpa olunan problemli müfəttişi işdən çıxarmaq üçün uzun müddətdir səbəblər axtarırlar.

Qeyd edək ki, Aleksandr Qusev 2021-ci ilin yazında ehtiyatsızlıqdan 19 yaşlı Vəkil Abdullayevi başından vurmuşdu.

Şərhlər

Yaz...